Amerikalı dəniz piyadaları Rusiya sərhədləri yaxınlığında "müharibə oyunlarında" iştirak edəcək

2026/05/1778940547.jpg
Oxunub: 464     17:18     16 May 2026    
Finlandiyanın Hərbi Dəniz Qüvvələri mayın 18-dən 29-dək Finlandiya körfəzində "Narrow Waters 26-1" (Dar Sular) təlimlərini keçirəcək.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hərbi Dəniz Qüvvələrinin saytında verilən məlumata görə, manevrlər həmçinin Cənubi Finlandiyanın sahilyanı bölgələrini və Arxipelaq dənizini də əhatə edəcək. Ümumilikdə təlimlərə təxminən üç min hərbçi cəlb olunacaq.

Əsas məqsəd real müharibə şəraitində fəaliyyətə hazırlıq səviyyəsini yoxlamaqdır. Təlim tədbirləri çərçivəsində dəniz və hava pilotsuz sistemlərindən fəal şəkildə istifadə planlaşdırılır.

Finlandiya hərbçilərinə xarici kontingentlər də qoşulacaq: Almaniya Hərbi Dəniz Qüvvələrinin sahil yeger rotası (təxminən 100 nəfər) və ABŞ dəniz piyadalarının təxminən 30 hərbçisi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin