Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial şəbəkəsində yazıb.
V.Zellenski Ukrayna Silahlı Qüvvələrinin bu cür zərbələrini "uzaqmənzilli sanksiyalar" adlandırıb:
"Bu, rusiyalıların etdiklərinə tamamilə ədalətli cavabımızdır. Bizim uzaqmənzilli sanksiyalarımız təmas xəttindən təxminən 1000 kilometr məsafədə olan Rusiyanın neft sahəsinə aid obyektlərə və gəmilərə zərbə vurub".
Qeyd edək ki, mayın 13-14-də Rusiya hərbçiləri Ukraynaya rekord sayda 1 428 dron buraxıb. Mayın 16-na keçən gecə Rusiya hərbçiləri Ukraynaya təxminən 300 dron buraxıb.
Ordu.az