Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib

2026/05/1778935066.jpg
Oxunub: 414     15:56     16 May 2026    
Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 16-da Azərbaycana səfərə gəlib.

Ordu.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, M.N.Şərif "X" sosial şəbəkəsindəki hesabında mayın 16-da Azərbaycana üçgünlük səfərə yola düşəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   WUF13   Azərbaycan  


Bizi "telegram"da izləyin