Ordu.az xəbər verir ki, Lavrov bu barədə Yeni Dehlidə keçirilən BRICS ölkələrinin nazirlər toplantısında çıxışı zamanı danışıb.
“Qərbin dəstəklədiyi “Kiyev nasist rejimi”nin rus dilinin istifadəsini qanunvericilik səviyyəsində qadağan etməsi qəbuledilməzdir. Halbuki rus dili BMT-nin rəsmi dillərindən biridir. Lakin nə baş katib, nə də digər əməkdaşlar bununla bağlı hər hansı irad və ya tənqid səsləndirirlər, tam sükut nümayiş etdirirlər.
Əslində, Zelenski rejimi ilə əlaqədə olan Avropa və digər xarici nümayəndələrdən heç biri bu rejimin həyata keçirdiyi dil soyqırımının yolverilməzliyini belə xatırlatmır”, - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbərinin fikrincə, rus dili dünyada konkret bir dövlətdə qadağan edilən yeganə dildir.
Sevinc Əliyeva
Ordu.az