Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya liderinin səfəri dövlətlərarası münasibətlər üçün fundamental əhəmiyyət daşıyan mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25 illiyinə həsr olunub.
Vladimir Putin və Si Cinpin ikitərəfli münasibətlərin aktual məsələlərini, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə edəcək, həmçinin əsas beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
“Dövlət başçıları həmçinin Rusiya və Çin təhsil illərinin (2026-2027-ci illər) açılış mərasimində iştirak edəcəklər”, - deyə məlumatda bildirilir.
Danışıqların yekununda yüksək səviyyəli birgə bəyanatın və bir sıra ikitərəfli hökumətlərarası, idarələrarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Səfər proqramına həmçinin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüş də daxildir. Görüş zamanı ticarət-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Sevinc Əliyeva
Ordu.az