Ordu.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Qriqoryan Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxıb-çıxmayacağı və bununla bağlı referendum keçirilib-keçirilməyəcəyi barədə suala cavab verərkən qeyd edib ki, gələcəkdə belə zərurət yaranarsa, müvafiq qərarı Ermənistan vətəndaşları verəcək.
“Biz çox yaxşı başa düşürük ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi Birliyinin, həm də Avropa İttifaqının üzvü ola bilməz. Aydındır ki, gələcəkdə uyğun qərar qəbul etməli olacağıq. Həmin məsələ ilə bağlı qərarı isə, şübhəsiz ki, Ermənistan vətəndaşları verəcək. Hazırda belə bir zərurət yoxdur”, - deyə o bildirib.
Bununla yanaşı, Qriqoryan vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvüdür, konstruktiv əməkdaşlıq edir və bütün müzakirələrlə qərar qəbuletmə proseslərində tam iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da bəyan etmişdi ki, İrəvan Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsində mümkün qədər tez seçim etməlidir.
Putin bildirmişdi ki, bu halda “sivil boşanma” yoluna getmək mümkün olacaq.
Alpər Mövludoğlu
Ordu.az