AP: ABŞ Polşa və Almaniyada qoşun yerləşdirmə planlarını ləğv edib

2026/05/thumb-1778915989.jpg
Oxunub: 423     10:58     16 May 2026    
ABŞ Müharibə Nazirliyinin Avropada yerləşdirilmiş qüvvələri çıxarmaq əvəzinə Polşa və Almaniyada yeni qoşun yerləşdirmə planlarını ləğv etdiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyə danışan bəzi ABŞ rəsmiləri müharibə naziri Pit Heqsetin bununla bağlı Baş Qərargaha müvafiq göstəriş göndərdiyini bildiriblər.

Məlumata görə, Heqset Avropada artıq yerləşdirilmiş qoşunların çıxarılması əvəzinə Polşa və Almaniyada planlaşdırılan yeni yerləşdirmələrin dayandırılmasını əmr edib.

Mənbələr qeyd edib ki, bunun nəticəsində 4 min ABŞ əsgəri bu həftə Polşaya göndərilməyəcək.

Onların sözlərinə görə, uzaqmənzilli raket və raket komplekslərindən atış üzrə hazırlıq keçmiş daha bir taborun Almaniyada yerləşdirilməsi də ləğv olunub.

Rəsmilər hesab edirlər ki, bu dəyişiklik Pentaqonun ayın əvvəlində Almaniyada yerləşdirilmiş təxminən 5 min ABŞ hərbçisinin çıxarılması ilə bağlı açıqlamasından sonra baş verib.

NATO nümayəndələrindən biri anonim qalmaq şərti ilə bildirib ki, ABŞ-nin Polşada hərbi yerləşdirməni ləğv etməsi NATO-nun çəkindirmə və müdafiə planlarına təsir göstərməyəcək.

O vurğulayıb ki, Kanada və Almaniya alyansın şərq cinahındakı mövcudluğunu gücləndirib və bu addım NATO-nun ümumi gücünə töhfə verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa   Almaniya  


Bizi "telegram"da izləyin