Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, sahibkarlar üç qrupa, oliqarxiya, orta və kiçik biznes nümayəndələrinə bölünüb və hər biri üzrə ayrıca iş aparılır.
Qəzet qeyd edir ki, Nikol Paşinyanın tapşırığı ilə iş adamları ilə danışıqlar aparmaq və onları hakimiyyətin maraqları naminə istifadə etmək üçün xüsusi emissarlar təyin olunub.
“Məlumata görə, bu emissarlar müxtəlif şəxslərdən ibarətdir. Bəzi hallarda bölgələrin “avtoritetləri” və problemləri həll edən şəxslər, digər hallarda vilayət rəhbərləri, icma rəhbərləri, güc strukturlarının nümayəndələri və ya “Vətəndaş Müqaviləsi” partiyasına yaxın iş adamları bu prosesə cəlb olunurlar.
Aparılan “iş” əsasən şantaj və təhdidlərdən ibarətdir. “Ya bizimləsiniz, ya da sizi müflis edəcəyik, həbsxanaları sizinlə dolduracağıq”, - deyə iş adamlarına bildirildiyi iddia olunur.
Bu cür söhbətlər zamanı həmin şəxslər mütləq şəkildə Nikol Paşinyanın adından gəldiklərini xüsusi qeyd edirlər. Bəzi sahibkarlar 30 il ərzində siyasi proseslərə qarışmadıqlarını və indi də belə niyyətlərinin olmadığını bildirsələr də, hakimiyyət bu arqumentləri qəbul etmir”, - deyə müəllif qeyd edib.
Nəşrin məlumatına görə, siyasi proseslərə qoşulmamaq hakimiyyət tərəfindən ona qarşı sabotaj kimi qiymətləndirilir və nəticədə sahibkarlara Ermənistan baş nazirinin göstərişi çatdırılır: “Ya işləyirsiniz, ya da “qara siyahı”ya düşürsünüz”.
Alpər Mövludoğlu
Ordu.az