Ordu.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Hazırda mən bunu təsdiq etməmişəm. Hadisələrin inkişafını izləyəcəyik. Mən buna gedə də, imtina da edə bilərəm", - Tramp bildirib.
O həmçinin Si Cinpinin Yaxın Şərq böhranının tənzimlənməsində kömək göstərməyə hazır olması barədə öz fikirlərini də şərh edib.
"Mən həmçinin bildirdim ki, bizim yardıma ehtiyacımız yoxdur. [Mən] belə bir xahişlə müraciət etməmişəm", - Ağ Evin sahibi baş verənlərlə bağlı öz şərhini çatdırıb.
Xatırladaq ki, Donald Tramp və Si Cinpin mayın 14-də Pekində görüş keçiriblər.
Ordu.az