Paşinyanın baş müşaviri 1 milyard maaş alması ilə bağlı iddialara münasibət bildirib: “Səhvdir, iki sıfır artıq yazılıb”

2026/05/1778747187.jpg
Oxunub: 417     12:24     14 May 2026    
“Texniki səhv olub, vergülün olmaması səbəbindən sonda iki sıfır artıq yazılıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin baş müşaviri Lilith Makunts jurnalistlərlə söhbətində bildirib.

O, bəyannaməsində Xarici İşlər Nazirliyindən maaş kimi 1 milyarddan çox məbləğ aldığı barədə göstərilən rəqəmi şərh edib.

Ermənistanın ABŞ-dəki keçmiş səfiri öz vəzifəsinə uyğun standart maaş aldığını və bunun təbii olaraq 1 milyard təşkil etmədiyini vurğulayıb.

“Bununla bağlı artıq müraciət etmişəm, düşünürəm ki, artıq düzəldilib”, - deyə Makunts qeyd edib.

Bu açıqlama mediada və sosial şəbəkələrdə səfirin astronomik həcmdə maaş aldığı barədə yayılan məlumatlardan sonra verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makunts   Ermənistan  


Bizi "telegram"da izləyin