Rusiya Ermənistanı öz vətəndaşlarının saxlanılması riskinin yüksək olduğu ölkələr siyahısına daxil edib

2026/05/1778742936.jpg
Oxunub: 367     11:12     14 May 2026    
Xaricə səfər edərkən Rusiya vətəndaşları üçüncü ölkələrdə saxlanılmaq və ABŞ-yə ekstradisiya olunmaq riskini nəzərə almalıdırlar.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev bildirib.

“Bir çox dövlətlərin təkcə Avropa İttifaqında deyil, daha geniş kontekstdə təhvil vermə və ekstradisiya ilə bağlı müəyyən öhdəlikləri var. Xaricə gedən zaman insanların qarşılaşa biləcəyi riskləri qiymətləndirərkən bütün bunlar nəzərə alınmalıdır”, - deyə Lukyantsev qeyd edib.

Diplomat vurğulayıb ki, Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının hara gedə biləcəyinə və hara gedə bilməyəcəyinə qərar vermir.

Nazirlik yalnız ABŞ və ya Avropa hakimiyyət orqanları ilə problem yaşaya biləcəyini düşünən vətəndaşlara müəyyən ölkələrə getməməyi tövsiyə edə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin yayımladığı məlumata görə, ABŞ sorğuları əsasında Rusiya vətəndaşlarının saxlanılması riskinin yüksək olduğu ölkələr sırasına Avropa və Latın Amerikasının böyük hissəsi, həmçinin Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.

Bununla yanaşı, nazirlik qeyd edib ki, bu siyahıya ABŞ ilə ekstradisiya müqaviləsi olan bütün ölkələr daxil edilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin