Avropa Komissiyası aviayanacağın yüksək qiymətlərini reyslərin ləğvi üçün fors-major saymayıb

2026/05/1778241342.jpg
Oxunub: 348     15:49     08 May 2026    
Avropa Komissiyası yanacaq böhranı şəraitində aviaşirkətlər və turizm biznesi üçün tövsiyələr dərc edib.

Ordu.az xəbər verir ki, sənəd Avropa Komissiyasının saytında yayımlanıb.

Tövsiyələrə əsasən, aviaşirkətlər reysin aviayanacağın həddindən artıq bahalaşması səbəbindən ləğv edildiyi hallarda sərnişinlərə bütün kompensasiyaları ödəməyə borcludurlar.

Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə bildirib:

“Aviaşirkətlər yalnız ümumiyyətlə yanacaq olmadığı halda sərnişinlərə kompensasiya ödəmədən reysləri ləğv edə biləcəklər. Biz yanacağın yüksək qiymətlərini fors-major və kompensasiya ödəmədən reysin ləğvi üçün əsas kimi tanımırıq. Biznes baxımından yanacağın yüksək qiymətləri tamamilə proqnozlaşdırılandır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Aviayanacaq  


Bizi "telegram"da izləyin