“ABŞ ilə İran arasındakı müharibənin əsas qalibi Rusiyadır” - Kamala Harris

2026/05/1778241202.jpg
Oxunub: 443     15:38     08 May 2026    
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris mayın 7-də Rusiyanı ABŞ ilə İran arasındakı müharibənin əsas qalibi adlandırıb.

Ordu.az xəbər verir ki, onun çıxışı “Associated Press” (AP) agentliyi tərəfindən “YouTube” kanalında yayımlanıb.

“İran müharibəsinin əsas qalibinin kim olduğunu bilmək istəyirsiniz? Rusiya”, - deyə Harris bildirib.

Siyasətçi qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sanksiyaları ləğv edib və bunun sayəsində Moskva indi neft satışından gəlir əldə edir.

Bundan əlavə, Harris vurğulayıb ki, İranla silahlı qarşıdurma səbəbindən Vaşinqton Yaxın Şərqə artilleriya, sursat və hava hücumundan müdafiə sistemləri göndərməyə məcbur olub.

Onun sözlərinə görə, həmin resurslar əks halda Ukraynaya yönləndiriləcəkdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harris   ABŞ   İran  


Bizi "telegram"da izləyin