Ordu.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti ABŞ Prezidenti Donald Trampın Çinə səfərinə hazırlıq fonunda yazıb.
Çin Xarici İşlər Universitetinin professoru Li Haydun bildirib ki, Vaşinqton Pekinlə süni zəkanın qlobal tənzimlənməsi qaydalarının formalaşdırılması və bu sahədə rəqabətin nəzarətdən çıxmasının qarşısının alınması məsələlərində əməkdaşlığa çalışır.
Onun sözlərinə görə, ABŞ süni zəkanı Çinlə strateji rəqabətin əsas istiqamətlərindən biri hesab edir, lakin eyni zamanda əməkdaşlığın zəruriliyindən danışır. Ekspert vurğulayıb ki, “ikili standartlar” yanaşması ölkələr arasında dialoqu çətinləşdirir.
Li Haydun amerikalı senatorlardan ibarət nümayəndə heyətinin Pekinə səfərinin əhəmiyyətini də qeyd edib. Səfər çərçivəsində Çin Xarici İşlər naziri Van İ və Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşlər keçirilib.
Onun fikrincə, bu cür təmaslar tərəflərə bir-birinin prioritetlərini daha yaxşı anlamağa və fikir ayrılıqlarını tənzimləməyə kömək edir.
Öz növbəsində, “SenseTime” şirkətinin süni zəka tədqiqatları institutunun keçmiş dekanı Tyan Fen bildirib ki, Çin süni zəka modelləri, o cümlədən “DeepSeek” artıq ABŞ-nin ixrac məhdudiyyətlərinə baxmayaraq, qabaqcıl Amerika işləmələrinin səviyyəsinə yaxınlaşıb.
O vurğulayıb ki, Çin bərabərlik və qarşılıqlı hörmət əsasında süni zəkanın tənzimlənməsi üzrə beynəlxalq dialoqu dəstəkləyir və ayrı-ayrı dövlətlərin qlobal qaydaları monopoliyaya almasına qarşı çıxır.
Sevinc Əliyeva
Ordu.az