Emomali Rəhmon Çinə səfər edəcək

2024/05/664f1-1716459361.jpg
Oxunub: 366     14:01     08 May 2026    
Gələn həftə Tacikistan prezidenti Emomali Rəhmon dövlət səfəri ilə Çinə gedəcək.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, səfər ÇXR sədri Si Cinpinin dəvəti ilə təşkil olunub.

"Tacikistan Prezidenti Emomali Rəhmon mayın 11-dən 14-dək Çinə dövlət səfəri edəcək", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəhmon   Çin  


Bizi "telegram"da izləyin