Kallas: "Avropa İttifaqı Moldovanın üzvlük məsələsini sürətləndirməlidir"

2026/05/1777975407.jpg
Oxunub: 262     13:44     08 May 2026    
Avropa İttifaqı (Aİ) üzv dövlətlər arasında Moldovaya qarşı etiraz olmadığı müddətdə ölkənin üzvlüyü məsələsində irəliləməlidir, çünki gələcəkdə ikitərəfli siyasi fikir ayrılıqları yarana bilər.

Ordu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət qurumunun rəhbəri Kaya Kallas Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, heç kimin Moldovaya qarşı olmadığı müddətdə irəli getməliyik, çünki ölkə ilə ikitərəfli problemləri olan bir hökumətin hakimiyyətə gələ biləcəyini heç vaxt bilmirsən", - Kallas bəyan edib.

Bununla yanaşı, o qeyd edib ki, Moldovanın Aİ-yə üzvlüklə bağlı danışıqların rəsmi başlama tarixi hələ müəyyən edilməyib, Brüssel isə bu məsələdə tez hərəkət etmək niyyətindədir.

"Biz hələ bu tarixi təyin etməmişik, lakin aydındır ki, tez hərəkət etməliyik", - Kallas vurğulayıb.

Onun sözlərinə görə, Kişineu islahatların aparılmasında irəliləyiş əldə edib, Moldovanın Dnestryanı bölgəsi ətrafındakı vəziyyət isə ölkənin Avropa İttifaqına üzvlüyü yolunda maneə olmayacaq.

Öz növbəsində, Maya Sandu təsdiq edib ki, Moldova 2028-ci ilə qədər Aİ-yə üzvlük müqaviləsini imzalamaq niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas    


Bizi "telegram"da izləyin