Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə MMN-in açıqlamasında qeyd edilib:
“MMN olaraq müdafiə sənayesinə yalnız istifadəçi baxışı ilə deyil, eyni zamanda texnologiya inkişaf etdirən, istiqamət verən, sektorun inkişafını sürətləndirən və strateji səviyyədə konsepsiya yaradan bir baxışla yanaşırıq.
Ortaya qoyulan bu baxış sektorun bütün tərəfdaşlarını təşviq edən, texnoloji müstəqilliyi gücləndirən və kritik sahələrdə yerli imkanların inkişafını sürətləndirən strateji yanaşmanın məhsuludur.
Sahib olduğumuz institusional təcrübə, mühəndislik infrastrukturu və istehsal imkanları ilə yeni nəsil müdafiə sistemlərinin hazırlanmasına istiqamət veririk.
Uzun illər davam edən elmi-tədqiqat və inkişaf fəaliyyətləri nəticəsində Nazirliyimiz daxilində kritik istehsal infrastrukturları, qabaqcıl texnologiya laboratoriyaları və yüksək dəqiqlikli istehsal qabiliyyətinə malik müəssisələr yaradılıb.
YILDIRIMHAN raket sistemində istifadə edilən Asimmetrik Dimetilhidrazin (UDMH) və azot tetraoksid törəməli maye yanacaqlar AR-GE mərkəzimiz tərəfindən yerli imkanlarla istehsal olunur. Sözügedən yanacaq texnologiyası uzun müddət saxlanıla bilməsi, aşağı temperaturlarda işləyə bilməsi və yüksək enerji hasil etməsi xüsusiyyətləri sayəsində raket sistemlərinə yüksək hərəkət qabiliyyəti qazandırır.
3 tonluq döyüş başlığı daşıma qabiliyyətinə malik YILDIRIMHAN Raket Sisteminə dair laboratoriya sınaq prosesləri uğurla başa çatdırılıb, sahə sınaqları ilə bağlı işlər planlaşdırılan qrafikə uyğun şəkildə davam etdirilir.

Nazirliyimiz milli texnologiya hərəkatı çərçivəsində müdafiə sənayemizin inkişafını dəstəkləməyə, yerli və milli sistemlər hazırlamağa və Türkiyənin strateji çəkindirmə potensialını artırmağa qətiyyətlə davam edəcək.
Nazirliyimiz tərəfindən maye yanacaqlı raket mühərriki və təyyarə mühərriki sahəsindəki işlər çox illər əvvəl başlayıb.
GÜÇHAN Turbofan Reaktiv Mühərriki bütün komponentləri Milli Müdafiə Nazirliyi Tədqiqat-İnkişaf Mərkəzi tərəfindən hazırlanmış və tamamilə yerli imkanlarla istehsal edilmiş, yüksək dartı gücünə malik milli reaktiv mühərrikdir. Mühərrik sistemi ölkəmizin ehtiyaclarına uyğun şəkildə orijinal mühəndislik həlləri ilə layihələndirilib və kritik texnologiyalarda xarici asılılığın azaldılması, dayanıqlı yerli imkanın formalaşdırılması məqsədilə inkişaf etdirilib.
Tək kristal texnologiyası sayəsində mühərrik komponentlərinin yüksək temperatur və intensiv iş şəraitinə qarşı davamlılığı artırılaraq səmərəlilik, performans və istifadə müddətində əhəmiyyətli qazanclar əldə olunub.
42 min “lbf” (funt qüvvə) itələmə gücünə malik mühərrikdən bu günədək ümumilikdə 6 ədəd istehsal olunub və mühərriklərin uyğunluq sınaqlarının bu il ərzində keçirilməsi planlaşdırılır.
Bu prosesdə kommersiya maraqlarından çox, texnologiya inkişaf etdirməyi, milli potensial yaratmağı və müdafiə sənayesi şirkətlərimizə yol göstərməyi hədəfləyirik.
Nazirliyimiz sahib olduğu institusional təcrübə və mühəndislik infrastrukturu ilə müdafiə texnologiyalarında yerli, müstəqil və dayanıqlı həllər hazırlamağa, tədqiqat-geliştirme fəaliyyətlərini artırmağa və ölkəmizin strateji texnologiya vizyonuna töhfə verməyə davam edəcək”.
Sevinc Əliyeva
Ordu.az