Qazaxıstan Parlamenti birpalatalı Qurultayın yaradılmasını təsdiqləyib

2026/02/1770880010.jpg
Oxunub: 369     12:40     08 May 2026    
Qazaxıstan parlamentinin deputatları birinci oxunuşda "Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında" konstitusiya qanunu layihəsini təsdiqləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, qurultay ölkənin birpalatalı parlamenti olacaq və proporsional sistem üzrə beş il müddətinə seçilən 145 deputatdan ibarət olacaq.

Qanun layihəsi yeni orqanın səlahiyyətlərini, onun iş qaydasını, deputatların statusunu, eləcə də hökumətlə qarşılıqlı əlaqə mexanizmlərini müəyyən edir.

Bundan əlavə, Qurultayın Qazaxıstanın fəaliyyət göstərən parlamentinin hüquqi varisi olması nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Parlament  


Bizi "telegram"da izləyin