SAHA 2026-nın ilk 3 günündə 8 milyard dollarlıq ixrac müqaviləsi imzalanıb

2026/05/1778228765.jpg
Oxunub: 437     12:20     08 May 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin ilk 3 günündə Türkiyə şirkətləri təxminən 8 milyard dollarlıq ixrac müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, SAHA 2026 Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində davam edir.

Haluk Bayraktardan rekord açıqlaması

SAHA İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar sosial media hesabında etdiyi paylaşımda bildirib:

“SAHA 2026-da ölkə olaraq tarixi rekorda imza atdıq. Sərginin ilk 3 günündə şirkətlərimiz təxminən 8 milyard dollarlıq ixrac müqaviləsi imzaladı. Bu qürur mənzərəsini yaradan bütün SAHA İstanbul üzvlərimizi ürəkdən təbrik edirəm”.

SAHA 2026 sabah başa çatacaq

SAHA 2026 sabah keçiriləcək tədbirlərdən sonra başa çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin