Ordu.az xəbər verir ki, bu vəziyyət ABŞ və İran arasında atəşkəsi təhlükə altına qoyub və Hörmüz boğazının yaxın vaxtda açılması ilə bağlı ümidləri zəiflədib.
Londonun “ICE Futures” birjasında Brent markalı neftin iyul fyuçersləri 1,29 dollar və ya 1,29 faiz bahalaşaraq bir barel üçün 101,35 dollara çatıb.
Cümə axşamı isə Brent markalı neft 1,21 dollar və ya 1,2 faiz ucuzlaşaraq bir barel üçün 100,06 dollar olmuşdu.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron hərraclarında WTI markalı neftin iyun fyuçersləri 1,05 dollar və ya 1,1 faiz artaraq bir barel üçün 95,86 dollara yüksəlib.
Əvvəlki hərraclarda isə müqavilənin qiyməti 0,27 dollar və ya 0,28 faiz azalaraq bir barel üçün 94,81 dollar olmuşdu.
Bir gün əvvəl neftin qiymətində ucuzlaşma bir barel üçün 5 dollara qədər çatmışdı. Buna səbəb ABŞ və İranın münaqişənin tənzimlənməsinə yaxınlaşdığına dair siqnallar olmuşdu.
Sevinc Əliyeva
Ordu.az