Avropalıların 70 faizdən çoxu Aİ-nin ABŞ-dan uzaqlaşmasını istəyir - SORĞU

2026/03/1773647283.jpg
Oxunub: 424     11:54     08 May 2026    
Avropa İttifaqı ölkələri vətəndaşlarının 70 faizdən çoxu hesab edir ki, Aİ ABŞ-dan uzaqlaşmalı və “öz yolu ilə getməlidir”.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Bertelsmann Fondunun araşdırmasında bildirilib.

2024-cü ilin sentyabrından 2026-cı ilin martına qədər aparılan araşdırmanın nəticələrinə görə, respondentlərin 73 faizi Avropa İttifaqının daha müstəqil kurs yürütməsinin tərəfdarı olub.

Müqayisə üçün qeyd olunub ki, 2024-cü ildə bu mövqeyi dəstəkləyənlərin payı 63 faiz təşkil edirdi.

Araşdırma müəllifləri Vaşinqtona etimadın azalmasını da vurğulayıblar.

Sorğu iştirakçılarının 58 faizi ABŞ-ni Avropa İttifaqı üçün etibarlı tərəfdaş hesab etmədiyini bildirib.

ABŞ-ni Avropa İttifaqının əsas müttəfiqi adlandıranların sayı isə 2024-cü ildəki 51 faizdən 2026-cı ildə 31 faizə düşüb.

2024-cü ildə araşdırmada Avropa İttifaqı ölkələrindən 26,5 min nəfər iştirak edib, 2026-cı ildə isə bu rəqəm 18 min olub.

Bəyan edilən statistik xəta payının bir faiz bəndini keçmədiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa     ABŞ  


Bizi "telegram"da izləyin