ASELSAN 2 trilyon lirə bazar dəyərini keçərək rekord qırdı

2026/05/1777897366.jpg
Oxunub: 469     16:21     04 May 2026    
Türkiyədə müdafiə texnologiyalarının inkişafı və transformasiyasında aparıcı rol oynamağa davam edən ASELSAN yeni rekord əldə edərək bazar dəyəri 2 trilyon lirəni aşan ilk şirkət olub.

Ordu.az xəbər verir ki, Türkiyədə təhlükəsiz investisiya mühiti və Yaxın Şərqdəki münaqişələrin təsiri ilə investorların müdafiə sənayesi səhmlərinə tələbi bazarların istiqamətinə təsir edir.

İxrac yönümlü strategiya tətbiq edən ASELSAN isə bu prosesdə beynəlxalq rəqiblərindən müsbət şəkildə fərqlənib.

ASELSAN səhmlərində güclü artım

İli 230,20 lirə ilə başlayan şirkətin səhmləri sonrakı aylarda yüksəliş trendi üzrə hərəkət edib. Ötən ilin sentyabr ayında 1 trilyon lirəni keçərək bu həddi aşan ilk şirkət statusunu qazanan ASELSAN bu gün etibarilə yeni rekord əldə edib. ASELSAN-ın səhmlərinin qiyməti bu gün 442 lirəyə çatıb və şirkət bazar dəyəri 2 trilyon lirəni aşan ilk şirkət olub.

Beləliklə BIST 100 indeksində ticarət olunan ASELSAN-ın səhmlərinin dəyəri ilin əvvəlindən etibarən 91 faiz artıb.

Birjada ən dəyərli şirkətlərin siyahısı

“Borsa İstanbul”da bazar dəyərinə görə ən böyük 10 şirkətin göstəriciləri belədir:

ASELSAN - 2.015.520.000.000
“Destek Faktoring” - 909.999.999.090
“Enka İnşaat” - 622.800.000.000
“Garanti BBVA” - 553.140.000.000
“Tüpraş” - 518.789.714.760
“Koç Holding” - 505.911.666.970
“BİM Birleşik Mağazaları” - 441.900.000.000
“Türk Hava Yolları” - 416.760.000.000
“Akbank” - 374.140.000.000
“Türkiye İş Bankası” - 354.749.574.300


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin