“Fars” ABŞ HDQ-yə məxsus gəminin Cask adası yaxınlığında raket zərbəsinə məruz qaldığını bildirir

2026/04/1777526149.jpg
Oxunub: 316     15:59     04 May 2026    
İki raket ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini Cask adası yaxınlığında vurub.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars News Agency” agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, gəmi İslam İnqilabı Keşikçiləri Korpusunun dayanmaq barədə xəbərdarlıq tələblərini nəzərə almayıb.

Hücumla bağlı məlumatlar prezident Donald Trumpın bazar ertəsi ABŞ-nin “Project Freedom” (Azadlıq layihəsi) əməliyyatına başlayacağını bəyan etməsindən sonra yayılıb. Bu əməliyyatın məqsədi Hörmüz boğazında bloklanan gəmilərin “müşayiət olunmasıdır”.

ABŞ-nin Mərkəzi Komandanlığı bildirib ki, bu əməliyyata 15 min hərbçi, quru və dəniz bazalı 100-dən çox aviasiya vasitəsi, həmçinin hərbi gəmilər və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   İran  


Bizi "telegram"da izləyin