İranın hərbi komandanı ABŞ-nin “tərəfdarlarına” Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

2026/05/1777643830.jpg
Oxunub: 311     15:57     04 May 2026    
“Xatəm əl-Ənbiya” mərkəzi hərbi qərargahının komandanı, general-mayor Əli Abdollahi xarici hərbi-dəniz qüvvələrini ticarət gəmilərini müşayiət etmək məqsədilə Hörmüz boğazına daxil olmamağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 28-də İrana qarşı həyata keçirilən ABŞ-İsrail hücumu zamanı “ABŞ-nin cinayətkar rəhbərliyi və terrorçu ordusu” “qlobal ticarət və iqtisadiyyatın təhlükəsizliyini risk altına qoyub”.

“Pis niyyətli Amerikanın tərəfdarları ehtiyatlı olmalı və geri dönməz peşmanlığa səbəb olacaq addımlar atmamalıdır. ABŞ-nin vəziyyəti gərginləşdirməyə yönəlmiş aqressiv hərəkətləri yalnız vəziyyətin daha da mürəkkəbləşməsinə və bu ərazidən keçən gəmilərin təhlükəsizliyinin riskə düşməsinə gətirib çıxaracaq”, - deyə Abdollahinin sözlərini “Fars News Agency” sitat gətirib.

Bundan əvvəl Donald Trump “Azadlıq layihəsi” adlı kampaniyaya başladığını bəyan edib. Onun sözlərinə görə, bu addım boğazda gəmiləri bloklanan ölkələrin müraciəti əsasında atılıb ki, “onların gəmiləri naviqasiya üçün bağlanmış sulardan təhlükəsiz şəkildə keçə bilsin”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin