Ordu.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, cənub istiqamətində İranda Kuh-Mobarək ərazisi ilə Birləşmiş Ərəb Əmirliklərində Focəyrənin cənubundan, qərb istiqamətində isə İranda Qeşm adasının sonlarından BƏƏ-də Umm əl-Quvainə (Umm Al Quwain) qədər ciddi dəniz nəzarəti edilən zona hesab olunur.
SEPAH bildirir ki, Hörmüz boğazının təhlükəsizliyi İranın nəzarətindədir və istənilən keçid İran Silahlı Qüvvələri ilə koordinasiya ilə həyata keçirilməlidir.
“Xəbərdarlıq edilir ki, hər hansı əcnəbi silahlı qüvvə, xüsusilə ABŞ Hörmüz boğazına yaxınlaşmaq və yaxud daxil olmaq istəyərsə, İran tərəfindən atəşə tutulacaq”, - deyə məlumatda bildirilir.
Ordu.az