Zelenski: "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Ukrayna üzrə danışıqların aktivləşdirilməsi məsələsi müzakirə edilib

2026/04/1776779801.jpg
Oxunub: 245     14:14     04 May 2026    
İrəvanda "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Ukrayna böhranının nizamlanması üzrə danışıqların aktivləşdirilməsi məsələsi müzakirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

O, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, eləcə də bir sıra Avropa ölkələrinin liderləri ilə danışıqlar apardığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ASB  


Bizi "telegram"da izləyin