Avstriya üç Rusiya diplomatını "persona non-grata" elan edib

2025/01/1737969447.jpg
Oxunub: 299     13:09     04 May 2026    
Avstriya üç Rusiya diplomatını "persona non-grata" elan edib.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger bildirib.

Onun sözlərinə görə, bu qərar diplomatik binanın damlarında casusluq üçün istifadə oluna bilən çoxsaylı antenalara görə qəbul edilib: "Diplomatik toxunulmazlıqdan casusluq üçün istifadə edilməsi yolverilməzdir".

Nazir diplomatların artıq ölkəni tərk etdiyini qeyd edib.

Agentliyin məlumatına görə, 2020-ci ildən bəri Avstriya tərəfindən ölkədən çıxarılan Rusiya diplomatlarının sayı 14-ə çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Rusiya  


Bizi "telegram"da izləyin