Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
O qeyd edib ki, bu addımı yalnız Almaniyaya qarşı yönəlmiş tədbir kimi qiymətləndirmir.
“O, bütün Avropaya zərbə vurmaq istəyir”, - deyə Merts ARD telekanalına müsahibəsində bildirib.
Eyni zamanda o əlavə edib ki, Tramp Avropa İttifaqının 2025-ci ilin avqustunda razılaşdırılmış ticarət sazişini hələ də yekunlaşdırmamasından müəyyən dərəcədə narazıdır. Avropa Parlamentində bu sənədə qarşı müqavimət qalmaqdadır.
Merts bildirib ki, ABŞ prezidenti Avropa tərəfinin daim yeni şərtlər irəli sürməsindən narazıdır.
“Amerikalılar hər şeyi hazırlayıb, lakin avropalılar hazır deyil. Buna görə də biz mümkün qədər tez razılığa gəlməliyik”, - deyə o vurğulayıb.
2026-cı il mayın 1-də Donald Tramp bəyan edib ki, ABŞ növbəti həftədən etibarən ölkəyə idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən rüsumları 25 faizə qaldıracaq.
Sevinc Əliyeva
Ordu.az