Tramp: “ABŞ Hörmüz boğazında “Azadlıq” layihəsinə mane olunsa, güc tətbiq edəcək”

2026/05/1777615708.jpg
Oxunub: 436     09:41     04 May 2026    
“ABŞ Hörmüz boğazından gəmilərin çıxarılması əməliyyatına kənar müdaxilə olacağı halda güc tətbiq edəcək”.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il mayın 4-də ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, missiya humanitar xarakter daşıyır.

“Əgər bu humanitar prosesə hər hansı şəkildə mane olunsa, təəssüf ki, belə müdaxiləyə güc tətbiq etməklə cavab verməli olacağıq”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin