Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
Məlumata görə, gəmilərin kapitanları radioəlaqə vasitəsilə Ras əl-Xayma əmirliyi sahilləri yaxınlığındakı lövbərləmə zonasını tərk edərək Dubay əmirliyi istiqamətində hərəkət etmələri barədə göstəriş alıblar.
ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, ABŞ bazar ertəsi Hörmüz boğazında bloklanmış və oradan çıxmaq istəyən gəmilərə yardım göstərməyə başlayacaq.
“Bu proses Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhər başlayacaq. Biz ölkələri məlumatlandırmışıq ki, onların gəmilərini istiqamətləndirəcəyik ki, bu bloklanmış zonanı tərk edə bilsinlər”, - deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
ABŞ prezidenti bu əməliyyatı “Azadlıq” layihəsi adlandırıb və onun həyata keçirilməsinə mane olmamağa çağırıb. Bununla belə, o, əməliyyatın necə aparılacağını dəqiqləşdirməyib.
Sevinc Əliyeva
Ordu.az