“Pars Today”: İran ABŞ-nin öz yazılı təklifinə cavabını nəzərdən keçirir

2026/05/1777871505.jpg
Oxunub: 333     09:10     04 May 2026    
“Al Jazeera” televiziya kanalının İran ilə ABŞ arasında təklif olunan çərçivənin detalları ilə bağlı son açıqlamaları reallıqdan əhəmiyyətli dərəcədə fərqlənir və əslində ABŞ-nin 20 gün əvvəl irəli sürdüyü təklifə aiddir.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

İran mediası vurğulayır ki, televiziya kanalının yayımladığı və uranın zənginləşdirilməsinin 15 il müddətinə dayandırılmasını, 60% zənginləşdirilmiş uranın statusunun müəyyənləşdirilməsini, eləcə də Hörmüz boğazının mərhələli şəkildə açılmasını nəzərdə tutan təklif 20 gün əvvəlki versiyaya aiddir və İran həmin vaxt onu qəti şəkildə rədd edib.

Mövcud məlumatlara görə, həmin təklifdən sonra ABŞ öz layihəsini daha üç dəfə yeniləyib və ümumilikdə İran əvvəlki variantları qəbul etməyib.

ABŞ-nin son 9 maddədən ibarət təklifində artıq “Al Jazeera”nın bəhs etdiyi şərtlər yer almır. Çünki Amerika tərəfi bu şərtlərin İran tərəfindən qəbul edilməyəcəyini anlayaraq öz yanaşmasını dəyişib.

İran son inkişaflar fonunda 14 maddədən ibarət təklif təqdim edib və burada onun “qırmızı xətləri” açıq şəkildə göstərilib.

Qeyd olunur ki, İranın 14 maddəlik təklifi ABŞ-nin 9 maddəlik proqramına cavabdır və Qətər televiziya kanalının yaydığı məlumatların əksinə olaraq, nə uranın zənginləşdirilməsinin 15 il dayandırılmasını, nə də Hörmüz boğazının açılmasını nəzərdə tutur.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bir neçə saat əvvəl bildirib ki, Amerika tərəfi İranın yazılı təklifinə cavab göndərib və hazırda bu cavab müzakirə mərhələsindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin