Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Biz xüsusilə Rusiyanın “kölgə donanması”na qarşı mübarizə məsələsində Ukraynada Böyük Britaniyanın xalqımıza dəstək göstərmək və təcavüzkarı zəiflətmək istiqamətində atdığı bütün addımları yüksək qiymətləndiririk. Bu mövzunu bu gün Kir ilə müzakirə etdik. Ukraynanın müdafiəsinə dəstək, o cümlədən PURL proqramına yatırımlar xüsusi diqqət mərkəzində oldu.
Ukrayna üçtərəfli formatda danışıqların növbəti mərhələsinə hazırdır. Ədalətli və ləyaqətli sülhə nail olmaq üçün aparılan danışıqlar prosesi də müzakirə mövzularından biri olub. Biz Böyük Britaniyanın Rusiyaya qarşı təzyiqin davam etdirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk, bu, həqiqətən vacibdir.
Ayrıca Ukraynanın enerji sektoruna dəstək məsələsini müzakirə etdik. Mən cəbhədəki vəziyyət və Rusiyanın Ukraynaya qarşı hücumları barədə məlumat verdim. Avropanın səyləri koordinasiya etməsi və Rusiyadan gələn təhdidlərə qarşı vahid hava hücumundan müdafiə sistemi yaratması vacibdir”, - deyə Zelenski Starmer ilə görüşü barədə bildirib.
Babiş ilə söhbətə toxunan Ukrayna prezidenti ikitərəfli münasibətlərin ətraflı müzakirə edildiyini qeyd edib.
“Biz münasibətlərimizin ikitərəfli istiqamətlərini ətraflı müzakirə etdik, əməkdaşlığın genişləndirilməsi üçün imkanlarımız var. Ayrı-ayrılıqda Avropa istiqaməti və Ukraynanın Avropa İttifaqına üzvlük yolunda növbəti addımlar barədə danışdıq.
Ukraynaya göstərilən böyük və səmimi dəstəyə görə bütün çex xalqına təşəkkür edirəm, biz bunu həqiqətən yüksək qiymətləndiririk”, - deyə Zelenski qeyd edib.
Sevinc Əliyeva
Ordu.az