Britaniya Hərbi Dəniz Qüvvələri BƏƏ sahillərində tankerə atəş açıldığını bildirib

2026/03/1773298624.jpg
Oxunub: 548     04:54     04 May 2026    
Tanker BƏƏ sahilləri yaxınlığında, Hörmüz boğazında naməlum mənşəli mərmilərlə hücuma məruz qalıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

“UKMTO Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərindən 78 dəniz mili şimalda baş vermiş insident barədə məlumat alıb. Tanker naməlum mənşəli mərmilərlə atəşə tutulub”, – deyə mərkəzin X sosial şəbəkəsindəki açıqlamasında qeyd olunub.

Bildirilib ki, gəmi heyəti təhlükəsizdir və hadisə nəticəsində ətraf mühitə zərər dəyməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   BƏƏ  


Bizi "telegram"da izləyin