Trampın Hörmüzlə bağlı açıqlamasından sonra neft qiymətləri aşağı düşüb

2026/04/1776440266.jpg
Oxunub: 362     05:48     04 May 2026    
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında qalan gəmiləri azad etmək üçün əməliyyata başlamaq niyyətində olduğunu açıqlamasından sonra neftin qiyməti barrel üçün 1 dollardan çox enib.

Ordu.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, Brent markalı xam neftin fyuçersləri bazar ertəsi günü keçirilən ticarət əməliyyatlarında 1,83 dollar və ya 1,69% azalaraq bir barel üçün 106,34 dollara, WTI neftinin qiyməti isə 1,72 dollar və ya 1,69% azalaraq 100,22 dollar/barelə düşüb.

Agentliyin məlumatına görə, Trampın açıqlaması bazar iştirakçılarının dünyanın əsas dəniz yollarından biri vasitəsilə neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlarını azaldıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin