Əraqçi təkzib etdi: Sülh planı nüvə məsələlərini əhatə etmir

2026/03/1773660373.jpg
Oxunub: 339     21:22     03 May 2026    
İranın ABŞ ilə sülh planı yalnız hərbi əməliyyatlara son qoymağa yönəlib və nüvə məsələlərini əhatə etmir.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, Tehranın təklif etdiyi 14 maddəlik plan yalnız müharibənin sona çatması üçün tədbirlərə aiddir: "Bizim 14 maddəlik planımız yalnız müharibənin sona çatmasına yönəlib və nüvə məsələlərinə toxunmur".

Qeyd edək ki, bəzi KİV-lər İranın nüvə proqramı məsələsinin ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olduğunu yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran   ABŞ  


Bizi "telegram"da izləyin