Amerikalı hərbçilər Mərakeşdə itkin düşüblər

2026/05/1777822555.jpg
Oxunub: 375     19:34     03 May 2026    
"African Lion 2026" təlimlərində iştirak edən ABŞ Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Mərakeşdə itkin düşüb.

Ordu.az xəbər verir ki bu barədə ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Amerikalı hərbçilər mayın 2-də Tan-Tan şəhəri yaxınlığındakı Kap-Draa təlim zonası ətrafında yoxa çıxıblar.

Qeyd edək ki, "African Lion" təlimləri hər il bir neçə ölkənin iştirakı ilə keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Mərakeş  


Bizi "telegram"da izləyin