Emi Karlon: "Qarabağı öz gözlərimlə görməyimə şadam"

2026/02/1770745335.jpg
Oxunub: 268     13:36     02 May 2026    
ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın Qarabağ regionuna səfər etməkdən və regionun inkişafını öz gözləri ilə görməkdən şad olduğunu bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

"Burada olmaq imkanına görə çox şadam, bu, mənim Azərbaycanın bu regionuna ilk səfərimdir. Mən əvvəllər nə Şuşada, nə də Laçında olmuşam, ona görə də burada olmağımdan və vəziyyəti öz gözlərimlə görməyimdən həqiqətən şadam", - o vurğulayıb.

Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regionda səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Emi-Karlon   Qarabağ  


Bizi "telegram"da izləyin