“Sarkisyanla hakimiyyətin ötürülməsi ilə bağlı heç bir razılaşma olmayıb” - Köçəryan

2026/05/1777714481.jpg
Oxunub: 453     13:35     02 May 2026    
“Mən Serj Sarkisyanla hakimiyyətin ötürülməsi ilə bağlı Rusiyada Vladimir Putin və Dmitri Medvedev arasında tətbiq edilən prinsip əsasında heç bir razılaşma əldə etməmişdim, hərçənd belə rıçaqlar var idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan bildirib.

O qeyd edib ki, siyasətlə məşğul olmağa davam etmək istəyi olmayıb.

“Mən həyata keçirilən siyasətə münasibətimi 2008-ci ilin sonundan 2018-ci ilə qədər ifadə etmişəm. Mən ildə bir və ya iki dəfə narazılığımı ifadə etmişəm, amma bu o demək deyil ki, hakimiyyətə gəlmək istəyim olub. Üstəlik, keçmiş hakimiyyət düşünürdü ki, mənim belə istəklərim olmaya bilməzdi və müxtəlif media vasitələri ilə mənə qarşı qabaqlayıcı təbliğat aparmağa çalışırdı. Belə bir etirafı keçmiş hakimiyyət də edib.

Eyni zamanda, biz vəziyyəti gərginləşdirmirik. 2018-ci il hadisələrini hakimiyyəti itirənlər və ya onu Nikolun əlinə verənlər çox ağır qəbul edirlər. Qiymət vermək istəmirəm. Üstəlik, özlərinə haqq qazandırmağa çalışaraq bütün sərhədləri aşırlar və hər şeyi bu və ya digər insanların, yaxud güclü qüvvələrin üzərinə yıxmağa çalışırlar. Düşünmürəm ki, bu, irəli getmək üçün seçilməli yol olsun”, - deyə Köçəryan bildirib.

O, “Hayastan” blokunu həm parlamentdə, həm də küçə mübarizəsi zamanı fəal olmuş ən radikal müxalifət adlandırıb.

“Üstəlik, bu gün özlərini qatı müxalifət adlandıranlar hakim “Vətəndaş Müqaviləsi” partiyası ilə mehriban ünsiyyət qurur və əməkdaşlıq edirdilər. Məqsədimiz hakimiyyət dəyişikliyidir ki, hakimiyyət yenidən seçilərsə, Ermənistanın başına gələ biləcək gələcək fəlakətlərin qarşısını alaq. Biz mübarizəyə qələbə naminə daxil olmuşuq, amma bu yolda bu və ya digər qüvvə ilə əməkdaşlıq etməyəcəyimizi demirik”, - deyə Köçəryan fikrini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Sarkisyan  


Bizi "telegram"da izləyin