Slovakiya səfiri: "Azərbaycan hökuməti Qarabağı fəal şəkildə inkişaf etdirir"

2026/05/Ekran-1777708786.jpg
Oxunub: 273     11:52     02 May 2026    
Azərbaycan hökuməti Qarabağda infrastrukturu fəal şəkildə bərpa edir, regiona hər səfər zamanı irəliləyiş nəzərə çarpır.

Ordu.az-ın məlumatına görə, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov jurnalistlərə bildirib.

"Biz bura hər dəfə gələndə irəliləyişi, Qarabağın inkişafını görürük", - deyə xarici diplomatik korpus nümayəndələrinin regiona səfəri çərçivəsində Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomat bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti xarici diplomatlara Qarabağın bərpa prosesini göstərməklə çox vacib bir missiya həyata keçirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Azərbaycan  


Bizi "telegram"da izləyin