Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, lakin söhbət ağır cinayətlərə görə həbs edilmiş separatçılardan deyil, Bakıda həbsdə olan digər şəxslərdən (diversantlar-red.) gedir.
“Məlumatımıza görə, Ruben Vardanyanın ailəsi və dostları buna baxmayaraq onun azad edilməsi üçün bütün səylərini davam etdirirlər.
Xüsusilə ABŞ ermənisi iş adamı, “Aurora” humanitar təşəbbüsünün həmtəsisçisi Nubar Afeyan Bakıda üç ildir saxlanılan Ruben Vardanyanın azad edilməsi üçün ABŞ-nin yüksək vəzifəli şəxsləri ilə danışıqları davam etdirir. Söhbət ABŞ-nin vitse-prezidenti Cey Di Vensdən, Trampın qızının həyat yoldaşından, eləcə də səhiyyə naziri Robert Kennedidən gedir. Kennedi Afeyanla yaxın münasibətdədir”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, İlham Əliyev ağır cinayətlərə görə həbs edilmiş separatçıları geri qaytarmayacaq.
“Aylar əvvəl yazmışdıq ki, Ermənistan hakimiyyəti “əsirlər”lə (diversantlar-red.) bağlı məsələlərdə ABŞ hakimiyyətinə müraciət etmək üçün belə bir səlahiyyət və ya müraciət təqdim etməkdən imtina edib”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az