Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, mayın 4-də Karen Dəmirçyan adına idman-konsert kompleksinin ərazisində, sammitin keçiriləcəyi məkanda aksiyalar keçiriləcək.
“Etiraz aksiyasını itkin düşmüş şəxslərin yaxınları, Qarabağdan (könüllü-red.) köç etmiş şəxslər, ictimai təşkilatların və müxtəlif müxalif qüvvələrin nümayəndələri planlaşdırır.
Həmçinin Gümrüdə də aksiya planlaşdırılır, çünki mayın 5-də Fransanın prezidenti Emmanuel Makron ora səfər edəcək. Etiraz aksiyasının iştirakçıları Avropadan gələn qonaqlarla görüşməyə, onlara məktublar təqdim etməyə çalışacaqlar.
Avropa rəsmilərinə artıq çoxsaylı məktublar göndərilib və onlardan Ermənistan hakimiyyətinə siyasi məhbusları azad etməyi, Erməni Apostol Kilsəsinə qarşı kampaniyanı dayandırmağı və azad, ədalətli seçkilər keçirməyi məcbur etmələri xahiş olunur”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az