Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, iclasla bağlı məlumatdan aydın olur ki, digər şəxslərlə yanaşı, iclasda yüksək texnologiyalar və sənaye naziri Mixitar Hayrapetyan da iştirak edib.
“Hakimiyyətə yaxın mənbələrdən öyrəndik ki, iclasda müzakirə olunan məsələlərdən biri də Ermənistanda yayımlanan Rusiya kanallarının, eləcə də “Telegram” platformalarının bağlanması məsələsi olub.
Göstəriş verilib ki, bu kanallar vasitəsilə Ermənistan və xüsusilə hakimiyyət haqqında yayılan məlumatlara diqqətlə nəzarət edilsin və hakimiyyətə qarşı əks-təbliğata yol verilməsin. Görünür ki, hibrid müharibə adı altında yaxın vaxtlarda bəzi Rusiya kanallarının yayımının dayandırılması məsələləri qaldırılacaq.
Bundan əlavə, Paşinyan Rusiyada yaşayan çox sayda erməninin Ermənistana girişini qadağan edib, lakin bunun hansı səbəblərlə əsaslandırıldığı məlum deyil”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az