“Dəfələrlə yazmışıq ki, Ermənistan hakimiyyəti Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin iyunun 7-də keçiriləcək seçkilərdə iştirakına mane olmaq üçün hər şeyi edir və son aylarda onlara pasport verilməsi məsələsində süni çətinliklər yaradır, sənədlərin verilməsini uzadır, mümkün qədər az köç etmiş şəxsin seçkilərdə iştirak etməsi üçün hər şey edilir”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, güman edilir ki, köç etmiş şəxslər seçkilərdə mövcud hakimiyyətin xeyrinə səs verməyəcəklər.
“Daxili İşlər Nazirliyinə tabe olan pasport xidmətləri bu işə tam şəkildə cəlb olunub.
Redaksiyaya müraciət edən növbəti köç etmiş şəxs bildirib ki, o, sənədlərini 4 ay əvvəl pasport şöbəsinə təqdim edib, nəhayət Ermənistan pasportunu almaq üçün gün təyin olunub və həmin gün iyunun 10-dur”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Pasport