Ermənistan KİV-i: Günəndə “fövqəladə vəziyyət”dir, Paşinyan səfər edir

2026/05/1777707771.jpg
Oxunub: 305     11:35     02 May 2026    
“Nikol Paşinyan bu gün Tavus vilayətinin Günən icmasına səfər edəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, burada iki il əvvəl delimitasiya çərçivəsində icmadan ərazilər Azərbaycana qaytarılıb.

“Həmçinin sərhəd postu inşa edildi, hakimiyyət nümayəndələri bunu sülh divarı adlandırırlar. Bu gün Günən kilsəsi təqdis olunacaq və bu da Paşinyanın səfərinin səbəbidir. Səhər tezdən kənddə polis və patrul xidmətinin onlarla əməkdaşı tərəfindən ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Günən   Paşinyan  


Bizi "telegram"da izləyin