Prezidentin köməkçisi: "Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb"

2024/10/1729699767.jpg
Oxunub: 305     10:49     02 May 2026    
Şuşadakı Qazançı kilsəsi ilkin memarlıq üslubuna uyğun olaraq bərpa edilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.

"Kilsə öz ilkin memarlıq üslubuna uyğun olaraq bərpa edilib. Azərbaycan ərazisindəki bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq mühafizə olunur, qorunub saxlanılır və bərpa edilir", - Prezidentin köməkçisi qeyd edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   Qazançı   Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin