İlhom Abdurahmon: "Qarabağ xeyirxahlıq, sevgi və rifah məkanı olmalıdır"

2026/05/Ekran-1777702341.jpg
Oxunub: 244     09:44     02 May 2026    
Qarabağa hər səfərdə Şuşada daha çox yeni obyekt açılır və biz şəhərin genişmiqyaslı bərpasının, eləcə də inkişafının şahidi oluruq.

Ordu.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.

"Bu, mənim Şuşaya ilk səfərim deyil. Biz bilirik ki, Azərbaycan hökuməti bu regionun inkişafına xüsusi diqqət yetirir", - o qeyd edib.

Səfir həmçinin diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinin təşkilinə görə Azərbaycan Prezidentinin Administrasiyasına minnətdarlığını bildirib.

Baş çəkdiyi xalça muzeyi barədə danışan diplomat xalçaların Azərbaycan xalqının qürur mənbəyi olduğunu vurğulayıb: "Xalça muzeyi hər zaman turistləri cəlb edəcək. Ümid edirəm ki, onların sayı getdikcə artacaq".

Səfir bildirib ki, Qarabağ regionu inkişaf üçün böyük potensiala malikdir: "Qarabağ xeyirxahlıq, sevgi və rifah məkanına çevrilməlidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abdurahmon   Qarabağ  


Bizi "telegram"da izləyin