Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

2026/05/Ekran-1777699520.jpg
Oxunub: 336     09:15     02 May 2026    
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyində olublar.

Ordu.az-ın məlumatına görə, diplomatlar Azərbaycan xalçaçılığının tarixi və tarixi eksponatlarla tanış olublar.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Diplomatik-korpus   Şuşa  


Bizi "telegram"da izləyin