“Abdulla Gül dedi ki, vəziyyət daha mürəkkəbdir, biz imkanlarımızı və optimizmimizi şişirtmişik” - Köçəryan

2026/05/1777656968.jpg
Oxunub: 468     09:02     02 May 2026    
“Mən Ermənistan-Türkiyə münasibətlərini kitabımda da təsvir etmişdim, bu mövzuya ayrıca fəsil həsr olunmuşdu. Sadəcə bəzi məqamları xatırladım”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, Ərdoğanın partiyası hakimiyyətə gələndə xarici işlər naziri Abdulla Gül idi.

“Hakimiyyətə gələndən dərhal sonra Vardan Oskanyanla ilk görüşün məzmunu belə idi ki, biz bütün qonşularla münasibətləri normallaşdırmalıyıq və Ermənistanla buna ilkin şərtsiz başlayacağıq, çünki yanaşmamız belə idi: Ermənistan-Türkiyə münasibətləri üçüncü ölkə ilə, yəni Azərbaycanla münasibətlərdən asılı olmamalıdır.

Oskanyan həmin vaxt çox həyəcanla mənə zəng etdi, dedi ki, belə bir vəziyyət var, bu yanaşmada dönüş nöqtəsidir. Mən Oskanyana dedim ki, çox yaxşıdır, əgər belədirsə, amma düşünürəm ki, onlar yenidir, hələ öz xarici siyasət konsepsiyalarını formalaşdırmayıblar və bu daha çox yeni hakimiyyətə gəlmiş insanların yanaşmasıdır. Düşünmürəm ki, Azərbaycan buna imkan verəcək və düşünmürəm ki, bu baş verəcək, buna görə də bunu ictimailəşdirməyin, amma danışıqları davam etdirin”, - deyə Köçəryan bildirib.

Sabiq erməni prezident, həmçinin qeyd edib: “İkinci dəfə, təxminən iki-üç ay sonra beynəlxalq forum çərçivəsində görüşəndə artıq yanaşma fərqli idi, Gül dedi ki, vəziyyət daha mürəkkəbdir, biz imkanlarımızı və optimizmimizi şişirtmişik, bəlkə addımlar tədricən, kiçik addımlarla atıla bilər və sair. Oskanyan yenə zəng edib dedi ki, vəziyyət belədir, mən də dedim ki, Vardan, üçüncü dəfə sanki yenidən sıfır nöqtəsinə qayıdacağıq. Üçüncü görüşdə biz tam başlanğıc nöqtəsinə qayıtdıq və mənim üçün aydın oldu ki, Türkiyə Ermənistan-Türkiyə münasibətlərini həmişə Azərbaycanla münasibətlərimizlə əlaqələndirəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin