Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya ilə münasibətlər barədə danışarkən İctimai Televiziyanın efirində bildirib.
“Əgər Ukraynada öz maraqlarını hərbi yolla irəli aparmağa çalışırlarsa, Ermənistanda siyasi əməliyyat cəhdi edilir, hakimiyyəti ələ keçirmək cəhdi edilir, bizim demokratik olmağımızı indi bizim əleyhimizə istifadə etməyə çalışırlar, deyirlər ki, sizdə internet açıqdır, biz həmin internetdə öz rublumuzla o qədər reklam alacağıq ki, hər şey bizim olacaq. Ermənistanın “quberniya”ya çevrilməsinə imkan verməyəcəyik, biz Belarus kimi idarə olunmayacağıq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az