“Türkiyə Ermənistan ilə münasibətlərin normallaşdırılmasını hər zaman İrəvan və Bakı münasibətləri məsələsi ilə əlaqələndirəcək” - Köçəryan

2026/03/1774549432.jpg
Oxunub: 495     00:07     02 May 2026    
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını Türkiyə hər zaman Ermənistan-Azərbaycan münasibətləri məsələsi ilə əlaqələndirəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayastan” alyansının baş nazirliyə namizədi, sabiq erməni prezident Robert Köçəryan bildirib.

“Onların (Azərbaycan və Türkiyə-red.) əlaqəsi daha çox orqanik xarakter daşıyır və bu əlaqə Türkiyə üçün Ermənistan ilə Türkiyə arasında iqtisadi münasibətlərin mümkün inkişafının təsirindən daha vacibdir.

Ankara üçün türk və islam dünyasında təsirin genişləndirilməsinə yönəlmiş siyasətin əhəmiyyəti Ermənistan ilə münasibətlərdən qat-qat yüksəkdir. Ermənistan onlar üçün öz siyasətlərinin həyata keçirilməsi yolunda kiçik bir maneədir. Onlar üçün arzuolunan, əgər Ermənistan hakimiyyəti Türkiyənin siyasətinin miqyasını görmürsə və ya həmin siyasətə uyğunlaşmağa çalışırsa, həmin maneəni aradan qaldırmaq və ya ən azı ondan yan keçməkdir, - deyə Köçəryan qeyd edib.

Onun szlərinə görə, ən böyük səhvlərdən biri də o idi ki, 2018-2020-ci illərdə Ermənistan hakimiyyəti Türkiyənin ünvanına da kəskin bəyanatlar verib, bu da Ankara ilə Bakını birləşdirib.

“Ermənistanın hazırkı hakimiyyəti isə pasportdan Ağrı dağının təsvirini çıxarmaqla göstərmək istəyir ki, onlardan tələb olunandan da artığına hazırdır”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin